-
- 17-12-2023, 21:16
- 433
Zümrüdün xəyanətə təpkisi: “Qadınlar cəfakeşdir” – VİDEO
Teleaparıcı Zümrüd Bədəlova xəyanət edən kişilərlə bağlı danışıb.
News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, verilişində qonaq olan aktrisa Xuraman Əlizadə ilə müzakirə aparıb:
"Xuraman, deyirsən ki, kişilərə yemək bişirməklə qəlbini qazanmaq olur, o qədər qadın tanıyıram ki, ərinə yemək də bişirir, ona gül kimi baxır, amma kişi ləzzətli yeməyi yeyir və kənarda xəyanət edir. Onda niyə mən onun üçün yemək bişirməliyəm?! Niyə də?! Qadınlar cəfakeş, əzabkeşdirlər deyirsən, olmasınlar!"
Xuraman Əlizadə isə kişilərin xislətinin bu cür olduğunu deyib:
"Qadınlar ailəsinə, uşağına görə dözür, onlar cəfakeşdirlər. Demirəm ki, kişilərin ürəyi yoxdur, əsla. Amma onlar anadan bu cür doğulublar. Qadın nə qədər etiraz etsə, kişi bir o qədər ondan uzaq düşəcək. Ona görə yalandan da olsa, gülümsəmək lazımdır".