TƏCİLİ!!! TƏBİB-dən qızılca ilə bağlı MÜHÜM AÇIQLAMA - Reanimasiya şöbələri tam hazır vəziyyətdədir...
    • 18-12-2023, 16:48
    • 582

TƏCİLİ!!! TƏBİB-dən qızılca ilə bağlı MÜHÜM AÇIQLAMA - Reanimasiya şöbələri tam hazır vəziyyətdədir...

Qızılca ilə bağlı vəziyyət stabildir.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vəziyyət nəzarətdədir.

Vüqar Qurbanov qeyd edib ki, reanimasiya şöbələri tam hazır vəziyyətdədir və ehtiyac olduğu halda çarpayı sayı artırıla bilər.

O, həmçinin vətəndaşlara çağırış edərək bildirib ki, hansısa simptomlar müşahidə etdiklərində tibb müəssisələrinə müraciət etməlidirlər.