2024-cü il bürclərə NƏ VƏD EDİR?
    • 18-12-2023, 20:48
    • 1 432

2024-cü il bürclərə NƏ VƏD EDİR?

İlin sonuna sayılı günlər qalanda insanları ən çox maraqlandıran mövzulardan biri də astroloji proqnozlar olur. Əksəriyyət növbəti ildə onları nələrin gözlədiyini məhz bu vasitə ilə öyrənməyə çalışırlar.

2024-cü ildə hansı bürcləri nələr gözləyir?

News24.az Sfera.az-a istinadla bu dəfə həmin proqnozu təqdim edir.

Qoç və yüksələni qoç olanlar -  2024-cü il onlar üçün düşərli olacaq. Bu bürcün nümayəndələrini yeniliklər, uğur və gözəlliklər gözləyir. Yeni il hər baxımdan qoçlara şans gətirəcək. Onlar doğru addım ataraq istədiklərinə nail ola bilərlər.

Buğa və yüksələni buğa olanlar – 2024-cü il onlar üçün sürprizli keçəcək. Bərəkət, rahatlıq baxımından bu il buğalar üçün əla fürsətdir. İqtisadi sahədə diqqətli olmaqda fayda var, xərclərini ehtiyatla idarə etməlidirlər. Lakin buğalar üçün ən böyük dəyişikliklər 2026-cı ildə olacaq. Münasibət məsələlərində balansı qorumalıdırlar.

Əkizlər və yüksələni əkizlər olanlar – Növbəti il onlar üçün uğurlu keçə bilər. İntellektual inkişaf, səyahət gündəmdə olacaq. Xüsusilə yeni insanlar tanımaq, fərqli sosial məkanlarda olmaq ön plandadır. İlin sonunda isə kritik dövr başlayacaq, bu zaman doğru qərarlar qəbul edilməlidir.

Xərçəng və yüksələni xərçəng olanlar – 2024-cü ildə onların yaşadığı bütün çətinliklər geridə qalacaq. Bu il onlar üçün sakit və yavaş keçəcək, amma istədiklərinə doğru ciddi addım atacaqlar. Kariyeralarında fürsətlər onları gözləyir. Ev dəyişmək və ya ev daxilində nələrisə yeniləmək gündəmdə ola bilər.

Şir və yüksələni şir olanlar – İlin ən şanslı bürclərindən biri olacaq. Ən azı ilin sonuna kimi bu, belə davam edəcək. Lakin eyni zamanda müəyyən gərginliklər də gözləniləndir, buna görə də ehtiyatlı olmaq lazımdır. Düşmənlər ön planda ola və anlaşmazlıq kimi proseslər 2026-ci ilə qədər davam edə bilər. İlin sonuna doğru isə maddi və sağlamlıq baxımından çətinliklər gözlənilir.

Qız və yüksələni qız olanlar – Yeni il sizin üçün qaydasında gedən və rahatlığın dadını çıxara biləcəyiniz dövr olacaq. İş həyatınız və sağlamlığınıza diqqət ayırın. Eyni zamanda iş yerini dəyişmək istəyirsinizsə, 2024-cü il sizə əla fürsətlər təklif edəcək. Münasibəti olmayanlar  yeni insanlar tanıya bilərlər.

Tərəzi və yüksələni tərəzi olanlar – Həyatdan gözləntiləriniz dəyişə bilər. Bəzi vərdişlər geridə qalacaq. Daha sağlam bir gələcək qurmaq istəyirsinizsə, 2024-ci il uğurlu olacaq. Yeni münasibətlər, evlilik ön plandadır. Səyahətlə bağlı məsələlər də gündəmdə ola bilər.

Əqrəb və yüksələni əqrəb olanlar – 2024-ci il sizin üçün çox sakit keçəcək. Küllərinizdən yenidən doğulacaqsınız. Evə və ailənizə daha çox zaman ayıracaqsınız. Həmçinin iş həyatınızda da gərgin bir dövrə girirsiniz.

Oxatan və yüksələni oxatan olanlar – Bərəkətli günlər sizi gözləyir. Risk almaq istədiyiniz bir dövrə addım atırsınız. Yeni insanlarla tanış olub, bəzilərini həyatınızdan uzaqlaşdıracaqsınız. Maddi baxımdan şanslı il olacaq, qazanclarınız artacaq.

Oğlaq və yüksələni oğlaq olanlar – Artıq dəstək ala biləcəyiniz bir dövr olacaq, təkbaşına məsələləri həll etməyi tərgidəcəksiniz. Maddi baxımdan daha gərgin dönəmə girirsiniz. Ev almaq, evlənmək kimi məsələlər gündəmdə olacaq.

Dolça və yüksələni dolça olanlar – Artıq özünüzü həyatınızın mərkəzinə qoyacaq və güclü addımlarla irəliləyəcəksiniz.  Bu il sizin üçün yavaş keçsə də, bunun bəhrəsini 2026-cı ildə görəcəksiniz. Xaricə səyahət edə və ya təhsil ala bilərsiniz. Lakin pul məsələsində diqqətli olmalısınız.

Balıqlar və yüksələni balıq olanlar – Uzunmüddətli qərarlara fokuslansanız, uğurlar əldə edə bilərsiniz. Nə istədiyinizi düşünün. Maddi baxımdan doğru addımlar ata bilərsiniz.