-
- 18-12-2023, 21:30
- 375
Məktəbli anasını təhqir edən azərbaycanlını başından güllələdi
Moskvada 11-ci sinif şagirdi travmatik tapança ilə anasını təhqir edən kişini başından vurub, zərərçəkmiş hazırda reanimasiyadadır və vəziyyəti ağırdır.
News24.az Lent.az-a istinadla xəbərinə görə, faciə dekabrın 17-nə keçən gecə paytaxtın Mitino rayonunda, Pyatnitskoye şossesində yerləşən yaşayış binasının yaxınlığında baş verib. 38 yaşlı Azərbaycan vətəndaşı qadınla münaqişəyə başlayıb. Onun 17 yaşlı oğlu qohumunun seyfindən silah götürərək anasının müdafiəsinə qalxmaq qərarına gəlib. O, azərbaycanlının başına ən azı altı dəfə atəş açıb.
Sakinlər atəş səsləri eşidib və polis və təcili yardım çağırıb. Zərərçəkənin açıq kəllə-beyin zədəsi, ağır beyin əzilməsi, ön sümüyünün sınığı və kəllə sümüyündə yara var. Atəş açan şəxsə qarşı “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb, onu on ilədək həbs cəzası gözləyir.
Yeniyetmə silahı əmisinin seyfindən götürüb. Sonuncuya qarşı da iş açılıb, o, tapançanı təhlükəsiz yerdə saxlamamaqda ittiham olunur və onu 6 ay həbs gözləyir.