Erkən evliliyə icazə verilən qanun aradan qaldırılsın - TƏKLİF
    • 19-12-2023, 12:03
    • 209

Erkən evliliyə icazə verilən qanun aradan qaldırılsın - TƏKLİF

18 yaşadək uşaq dünyaya gətirən qadınların sayında artım müşahidə edilir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında müzakirə zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.  

Bahar Muradova bildirib ki, erkən nigahların dinamikasında da nisbi artım var:

"Artım əsasən Qazax, Tovuz, Mərkəzi Aran bölgələrində müşahidə edilir. Bu da göstərir ki, istisna hallarda erkən evliliyə icazə verən qanunu aradan qaldırmalıyıq"- deyə, o qeyd edib.

Qumral Əliyeva