"Qadınların öldürülməsində "TikTok"un rolu var" - Siyavuş Novruzov
    • 19-12-2023, 12:29
    • 186

"Qadınların öldürülməsində "TikTok"un rolu var" - Siyavuş Novruzov

İl ərzində ölkəmizdə mindən artıq qadın öldürülür.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında müzakirə zamanı millət vəkili Siyavuş Novruzov deyib. 

"Qadınların öldürülməsində "TikTok"un, serialların da rolu var. Həm də bu qətllər istənilən yerdə, küçədə, konsert salonlarında baş verir. Əvvəl şəhərdə daha çox rast gəlinirdisə, indi kəndlərdə, rayonlarda da rast gəlinir. Baxırsan, Rusiyadan qayıdır çatan kimi arvadını öldürür. Televiziya kanallarında bunu tərənnüm edən seriallara son qoyulmalıdır. Göstərirlər, bilməyənlərə də öyrədirlər. Bu qətllərin səbəbi, kökü araşdırılmalıdır", - deyə millət vəkili sonda qeyd edib.

Qumral Əliyeva