“Heydər Əliyev” kitabının  təqdimatı keçirildi
    • 19-12-2023, 15:28
    • 240

“Heydər Əliyev” kitabının təqdimatı keçirildi

Bakı Şəhər İcra Hakimiyyətində Xalqımızın Ümummmilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmər Akademiyasının birgə layihəsi olan “Heydər Əliyev” kitabının  təqdimatı keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər,  elm və mədəniyyət xadimləri, Millət vəkilləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin  nümayəndələri, Vətən Müharıbəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər. 

Əvvəlcə, kitabla bağlı videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.   

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və digər natiqlər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq, Vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıblar.

Qeyd olunub ki, bu kitab Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacaq

Fərid Azəri