-
- 19-12-2023, 22:00
- 426
Soyuq duşun orqanizmə faydası
Soyuq duş və ya vanna qəbul etmək, həmçinin payız və qışda təmiz havada idman etmək arıqlamağa və immunitet sisteminizi gücləndirməyə kömək edir.
News24.az Lent.az-a istinadla xəbər verir ki, aparılan araşdırmanın nəticələrinə görə, müntəzəm olaraq soyuq duş qəbul edən insanlar daha az xəstələnir. Üç min könüllünün iştirak etdiyi təcrübə göstərdi ki, hətta 30 saniyə soyuq suya məruz qalma da immunitet sistemini gücləndirə bilər. Çox güman ki, qan dövranını və limfa axını stimullaşdırır, bu da bədənin müdafiəsini aktivləşdirməyə kömək edir.
Oxşar nəticələr payız və qış aylarında təmiz havada fiziki məşqlər etməklə əldə edilə bilər. Bundan əlavə, Aston Universitetinin britaniyalı tədqiqatçılarının fikrincə, belə məşq zamanı yandırılan kalorilərin sayı artır. Bu, istilik üçün əlavə səy sərf etmək ehtiyacı ilə bağlıdır. O da qeyd olunur ki, təmiz havada fiziki məşqlər ürək əzələsində daha az stress yaradır.