-
- 10-11-2023, 01:09
- 177
İnsanlar payız-qış aylarında niyə daha yorğun olur?
Həkimlər insanların niyə payız-qış aylarında daha çox yorğunluq hiss etdiyini izah edib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, payız və qış təkcə soyuqdəymələrin artması dövrü deyil. Bu zaman əksəriyyət özlərini hədsiz yorğun hiss edir.
Həkimlər bildirir ki, əvvəla, gün işığı kifayət qədər deyil. Onların sözlərinə görə, qaranlıqda daha çox melatonin istehsal olunur ki, bu da yorğunluq hissi yaradır. Buna görə də səhərlər qaranlıqda yataqdan qalxmaq daha çətin görünür. Beyninizin normal vəziyyətə qayıtması üçün 30 dəqiqədən daha çox vaxt lazımdır. Həkim zəngli saatdan sonra dərhal ayağa qalxmağı və “daha beş dəqiqə” uzanmamağı məsləhət görür.
Mütəxəssis həmçinin əlavə edib ki, qışda insanlar isinmək üçün daha çox yağlı qidalar yeyirlər. Ancaq bu cür qidalar həmişə sağlam olmadığı üçün özünüzü yorğun və tənbəl hiss edə bilərsiniz.
Bundan əlavə, həkim evdə çox qalmamağı və daha tez-tez təmiz havaya çıxmağı tövsiyə edir. Formada qalmaq üçün qışda da oksigen lazımdır. Evdə, pəncərələr bağlı, quru hava baş ağrısı, başgicəllənmə və yorğunluğa səbəb ola bilər.
Naza