-
- 20-12-2023, 19:35
- 241
Netanyahu HAMAS-a qarşı müharibənin sona qədər aparılacağını deyib
İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-a qarşı apardığı müharibəni sona qədər davam etdirəcəyini deyib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Baş nazir Netanyahu yaydığı bəyanatda bildirib.
"Biz müharibəni sona qədər davam etdiririk. HAMAS məhv edilənə qədər - qələbəyə qədər bu davam edəcək. Dayanacağımızı düşünənlər reallığa bağlı deyil. Qarşımıza qoyduğumuz bütün məqsədlərə çatana qədər mübarizəni dayandırmayacağıq: HAMAS-ın ləğvi, girovlarımızın azad edilməsi və Qəzzadan bizim üçün olan təhlükənin aradan qaldırılması. Biz HAMAS-a cəhənnəm atəşi ilə hücum edirik".
İsrail hökumət başçısı bildirib ki HAMAS-a qarşı hücum müxtəlif istiqamətlərdən həyata keçirlir. "Birincidən sonuncuya qədər bütün HAMAS terrorçuları məhv ediləcək. Onların yalnız iki yolu var: ya təslim olmaq, ya da ölmək".