"Rusiyanın müharibəsi təkcə Kiyevi deyil, həm də Avropanı..." - Boreldən mühüm açıqlama
    • 21-12-2023, 13:07
    • 211

"Rusiyanın müharibəsi təkcə Kiyevi deyil, həm də Avropanı..." - Boreldən mühüm açıqlama

“Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Kiyevi deyil, həm də Avropa demokratiyasını təhdid edir”. 

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib.

Borel İtaliyada Avropanın dünya ilə əlaqələrinə həsr olunmuş Böyük Qitə sammiti zamanı qeyd edib ki, Putin qalib gələrsə, Avropa İttifaqı layihəsi böyük zərər görəcək. 

“Əgər biz tez bir zamanda kursumuzu dəyişməsək və bütün imkanlarımızı səfərbər etməsək, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan versək və Qəzzada faciəni dayandıra bilməsək, layihəmizə ciddi ziyan dəyəcək. Məsələ qısa müddətdə Rusiyanın Ukraynanı cəbhə xəttində məğlub edib-etməməsi deyil, Avropanın Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə etdiyidir”, - deyə Aİ rəsmisi bildirib.

Ukraynada müharibə: proqnozlar

"Foreign Policy" nəşri yazır ki, Rusiya müharibədə qalib gələrsə, ukraynalılar 20-ci əsrin totalitar dövründən bəri Avropada görünməmiş miqyasda terrorla üzləşəcəklər.

Ayşən