Babək prospektində yol yenə çökdü - VİDEO
    • 10-04-2019, 11:48
    • 636

Babək prospektində yol yenə çökdü - VİDEO

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.

News24.az-ın xəzərxəbər-ə istinadən əldə etdiyi məlumata görə, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır.

Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurlar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.

Xüsusilə axşam qaranlıq saatlarda çuxuru görmək daha çətin olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.