Bu cür hərəkəti heç Ermənistan parlamentində etmirlər - Siyavuş Novruzov
    • 22-12-2023, 11:40
    • 232

Bu cür hərəkəti heç Ermənistan parlamentində etmirlər - Siyavuş Novruzov

İnsanların sevincinin həddi-hüdudu olmayan dövrdə onlar başqa dövlətlərə müraciət edir ki, Azərbaycana sanksiya tətbiq etsinlər. Bu cür hərəkəti heç ermənilər etmir, heç erməni parlamentində etmirlər.

News24.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov çıxışı zamanı deyib.

"Dünən Xankəndidə futbol oyununa ermənilər, xaricdə Fransa sevinmirdisə, daxildə də o qüvvələr sevinmirdi. Prezidentin hər atdığı addım dünyaya da, onlara da mesajdır ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın işinə heç kim qarışa bilməz", - deyə millət vəkili qeyd edib.

Qumral Əliyeva