XİN rəhbərləri cari regional vəziyyəti müzakirə ediblər
    • 22-12-2023, 20:12
    • 209

XİN rəhbərləri cari regional vəziyyəti müzakirə ediblər


Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.