-
- 23-12-2023, 09:22
- 173
ABŞ Rusiya ilə əməkdaşlıq edən bankları hədələdi
ABŞ hərbi sənaye sahəsində Rusiyaya qarşı sanksiyaları pozduğuna görə xarici bankları qara siyahıya salacaq və onları maliyyə sistemindən ayıracaq.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Bu sanksiyaları pozlanlar ciddi nəticələrlə üzləşəcəklər”, - ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.
Məlumata görə, ABŞ və Avropa banklarına yeni qaydalar barədə məlumat veriləcək ki, onlar bütün məlumatları öz müxbir banklarına ötürsünlər.