Zelenskiyə qarşı sui-qəsd planları: keçmiş casus detalları açdı
    • 23-12-2023, 12:00
    • 159

Zelenskiyə qarşı sui-qəsd planları: keçmiş casus detalları açdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının əmri ilə hakimiyyətdən uzaqlaşdırıla və güllələnə bilər.

News24.az xəbər verir ki, bu barədə bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter bildirib.

“Ukraynada mülki və hərbi qüvvələr arasında münasibətlərin balansı pozulub. Zelenski ordunun baş komandanına casusluq edir. Zalujnı artıq siyasətlə məşğuldur. Mən yanvar və ya fevralda Ukraynada çevriliş olacağını proqnozlaşdırıram. Zelenski Rumıniya lideri Çauşesku kimi güllələnəcək”, - ekspert qeyd edib.

Ritter Zelenskini Hitlerə bənzədib:“Təsəvvür edin, nasist diktatoru 1945-ci ilin aprelində müsahibə versəydi, bu, belə görünərdi”.

Ayşən