-
- 24-12-2023, 11:53
- 1 126
“Nədirsə, onu canlandırmışam...”
Aktyor Müşviq Şahverdiyev müğənni Təranə Qumralın parodiyasına təlxəklik deməsinə reaksiya verib.
News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, “Zarafat bir yana” proqramında danışıb.
O, tamaşaçılardan birinin “Təranə xanım dedi ki, Müşviq parodiya etmir, təlxəklik edir. Bu fikir sizin xətrinizə dəydimi” sualını bu cür cavablandırıb:
“Mənə deyib onu? Anama deyəcəm. İnsandı deyib. Böyük reaksiya verəməyəcəm. Kimsə istəyəndə mən parodiya edirəm, Musa müəllimin parodiyasını təlxəklik kimi görürsə, o, nədirsə, onu etmişəm. Səsi, geyuimi eynisini etmişəm.Nədirsə eynilə canlandırmışam. Orada nəsə əlavə olmayıb. Bir onu deyə bilərəm ki, Musa müəllim, “anamiyoo”. Nəsə söyüş söymürəm, paltarı dəyişib donda çıxmıram. Mahnı oxuyub, mən də təkrarlamışam. Narazılıq ediblər ki, çox qabarıq olub. Amma parodiyanı belə edirlər də. Eynisini etsən, effektiv olmaz. Rusiyada baxmışam ki, Alla Puqaçova əyləşib, onun yanında parodiya edirlər, özü də gülür. Biz həddini aşmamışıq. Onun pariki əvəzinə qadın saçı qoyub, ya da qadın pencəyi geyinib kişi müğənnini parodiya etsək, təhqirdir. Amma eynilə həmin obrazı yaradırıq. Bir balaca yumoristik əlavələr varsa, inciməlik nəsə yoxdur. İnciyirlərsə də, özləri bilər”.