“Aqil Abbas dedi ki, parodiyamı...”
    • 1-02-2023, 15:16
    • 467

“Aqil Abbas dedi ki, parodiyamı...”

"Son konsertimizdə  deputata Aqil Abbas ilə telejurnalist  Mirşahin Ağayevi parodiya etmişdik. Parodiyadan sonra Aqil Abbasla danışmışam. Mənə dedi ki, jurnalistlər məndən parodiya haqqında soruşdular. Onlara cavab verdim ki, yaxşı ediblər, parodiya əla alınıb”.

Bu sözləri News24.az-a açıqlamasında əməkdar artist, “Bu şəhərdə”nin məşhur aktyoru Rafael İsgəndərov deyib. O daha sonra bunları əlavə edib:

“Konsertdən sonra Aqil müəllim dostluq münasibəti üçün telefon nömrəmi götürdü. Mirşahin Ağayevlə Müşfiq Abbasov danışıb. Yəqin ki, xoşuna gəlib. Düşünürəm ki, xoşuna gəlməsə, nəsə deyərdi".

O növbəti konsert proqramından da bəhs edib: 

"Konsertimiz martın 7-8-11 və 12-də baş tutacaq. Konsertdə kimləri parodiya edəcəyimizi öncədən açıqlaya bilmərəm”.

Könül İBRAHİM