-
- 24-12-2023, 17:03
- 557
İnfarkt öncəsi bu ağrılar olur - DİQQƏT
İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.
Kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.
"Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.
Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:
- Sinədə sanki beton plitə varmış kimi ağırlıq;
- Sinədə alov, yanma hissi;
- Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss;
- Ağrının boyun, çənə, qola, qarına yayılması;
- Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi;
- Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib. (medicina.az)