-
- 25-12-2023, 14:35
- 362
Ölən dilənçinin milyonçu olduğu ortaya çıxdı
İraqın paytaxtı Bağdadda yolda halı pisləşərək xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin ölümündən sonra milyonçu olduğu üzə çıxıb.
News24.az Manset.az-a istinadən bildirir ki, ölən dilənçinin evində axtarış zamanı bir çuval dolusu İraq dinarı, qızıl və 380 min dollardan çox pul aşkar edilib.
Beləki, polis dilənçinin ölümündən sonra yaxınlarının vəsiqəsini almaq üçün getdikləri evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıb. Qohumları dilənçi qadına məxsus pul və qızılları maşına yükləyərkən məhəllə muxtarı tərəfindən yaxalanıb və hadisə yerinə polis çağırılıb. Polisin evə baxışı zamanı qızılla birlikdə 380 min dollardan çox pul da tapılıb.
Polis mərhum qadının qohumlarını saxlayıb.
Qadının qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər. Ölən qadının oğlunun polis əməkdaşı olduğu iddia edilib.