-
- 25-12-2023, 14:38
- 170
Putin Ukraynaya "Milad sürpriz"i hazırlayır
“Rusiya hücuma keçməyə qərar verərsə, Ukraynanın Milad bayramını məhv edə bilər”.
News24.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü və istefada olan general Riho Teras bildirib.
“Ukraynanın gücü tükənmək üzrədir. Rusiyada da o qədər çox şey yoxdur, ancaq Milad hücumu üçün bu kifayət edə bilər” ,- o deyib.
Teras hesab edir ki, Moskva Ukraynaya hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırıb və qarşıda iki çox vacib həftə var. Onun fikrincə, əgər cəbhə dağılsa və Rusiya hansısa böyük məskunlaşan ərazini tutsa, bu, bütün dünya üçün pis siqnal olacaq.
Ayşən