Rusiya MN:
    • 30-03-2022, 12:37
    • 830

Rusiya MN: "Ukraynanın iri raket və artilleriya anbarları “İskəndər”lə məhv edildi"

Rusiya ordusu “İsgəndər” taktiki raket kompleksindən istifadə edərək Donetsk vilayətinin Kamenka kəndində Ukraynaya məxsus raket və artilleriya silahlarının iki böyük anbarını məhv edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

Konaşenkovun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələri və raket qoşunları bir gün ərzində Ukraynanın 64 hərbi obyektini vurub.