SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu
    • 25-12-2023, 18:12
    • 330

SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ olub. 

News24.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla 16.37-də baş verən zəlzələ 3,5 bal gücündə olub. Yeraltı təkanlar 11.46 km dərinlikdə baş verib. 

Xatırladaq ki, ötən ilin fevral ayında Türkiyədə dağıdıcı zəlzələ baş verib. Hadisə nəticəsində 50 mindən çox insan həyatını itirib. 

Aynurə