Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı
    • 26-12-2023, 00:04
    • 219

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı


Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq.

Xatırladaq ki, “Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub.