Cahangir Əsgərov 1 il əvvəl Ərdoğana verdiyi sözü tutdu
    • 20-10-2022, 15:03
    • 398

Cahangir Əsgərov 1 il əvvəl Ərdoğana verdiyi sözü tutdu

Bir müddət öncə Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Cahangir Əsgərovun bığının olmamasına işarə etmişdi. 

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutub. /baku.ws/