Sabiq məmurun kürəkəni daha 2 milyon manat dələduzluqda təqsirləndirilir
    • 22-08-2023, 14:07
    • 150

Sabiq məmurun kürəkəni daha 2 milyon manat dələduzluqda təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşlarına 2 milyon manat dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

News24.az-ın məlumatına görə, hakim. Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə 

şahidlər dindirilib. Şahidlər bildirib ki, A. Əsgərov müxtəlif bəhanələrlə onlardan pul alsa da, sonradan verdiyi sözə əməl etməyib. 

Zərərçəkmiş qismində Türkiyə vətəndaşları – Humeyra Genc və Hakan Doyğun tanınıb. Tekstil ticarəti ilə məşğul olan A.Əsgərov türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə onların şikayəti əsasında tutulub.

Xatırladaq ki, A Əsgərov Prezident Administrasiyasının sabiq kuratoru Arif Novruzovun kürəkənidir. A. Novruzov ötən il tutduğu vəzifədən azad edilib. 

A. Əsgərov bundan qabaq da bir neçə vətəndaşa külli miqdarda dələduzluq etdiyi üçün ötən il Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.  

Samir Əli