-
- 26-12-2023, 10:51
- 174
Kritik durum: Rusiya bu ölkəyə hücum hazırlayır
2024-cü ilin əvvəlində İspaniya Slovakiyaya hərbi qüvvə göndərəcək.
News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, İspaniya yanvardan NATO-nun şərq cinahını qorumaq üçün Slovakiya sərhədində qüvvə və texnika yerləşdirməyə başlayacaq.
NATO-nun Rusiyanın mümkün hücumuna cavab vermək üçün regional planlar hazırladığı bildirilir. NATO hərbi komitəsinin rəisi, admiral Rob Bauer bəyan edib ki, alyans üçün ən böyük təhlükə Rusiya və terrorçu qruplaşmalardır.
Yeni missiyaya 600 hərbçi, “Leopard” tankları və helikopterlər daxil olacaq.
Xatırladaq ki, yayda Rusiya Müdafiə Nazirliyi NATO-dan təhdidlərinin artması səbəbindən qərb sərhədlərində hərbi qüvvələrini artıracaqlarını açıqlamışdı.
Ayşən