"NATO Finlandiyada Rusiyadakı kritik hədəfləri vura biləcək zərbə silahları yerləşdirə bilər" Şoyqu
    • 9-08-2023, 16:25
    • 186

"NATO Finlandiyada Rusiyadakı kritik hədəfləri vura biləcək zərbə silahları yerləşdirə bilər" Şoyqu

NATO Finlandiyada Rusiyanın şimal-qərbindəki kritik hədəfləri vurmağa qadir olan zərbə silahlarını yerləşdirə bilər.

News24.az xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu hərbi departamentin kollegiyasında bildirib.

Onun sözlərinə görə, Finlandiya ərazisində əlavə hərbi kontingent və NATO-nun Rusiyanın şimal-qərbindəki kritik hədəfləri əhəmiyyətli dərəcədə dərinlikdə vurmağa qadir olan zərbə silahları yerləşdirmək mümkündür.

Şoyqu bildirib ki, qərb və şimal-qərb strateji istiqamətlərdə Rusiyanın hərbi təhlükəsizliyinə təhdidlər çoxalıb.

O, Finlandiyanın və potensial olaraq İsveçin NATO-ya daxil olmasını “ciddi sabitliyi pozan amil” adlandırıb və əlavə edib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiyanın alyans ölkələri ilə quru sərhədi demək olar ki, iki dəfə artıb.

Aydan