İlham Əliyev sahibkarlarla bağlı daha bir Fərmanda dəyişiklik edib
    • 10-04-2019, 17:03
    • 910

İlham Əliyev sahibkarlarla bağlı daha bir Fərmanda dəyişiklik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

News24.az
xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678, № 12 (I kitab), maddə 2594) ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda 1.4-cü bənddə “enerji təchizatı şəbəkəsinə” sözləri “ETŞ-yə” sözləri ilə əvəz edilməsi və 1.11-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilməsi haqda qərar verilib.