Baş Prokurorluq mina partlayışı barədə məlumat yaydı
    • 26-12-2023, 16:46
    • 231

Baş Prokurorluq mina partlayışı barədə məlumat yaydı

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.