-
- 26-12-2023, 22:55
- 250
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Məzahir Pənahovun sədrliyi ilə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 dekabr və 23 dekabr 2023-cü il tarixli iclaslarının protokolları təsdiq olunub.
News24.az bildirir ki, sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədlikləri özləri tərəfindən irəli sürülmüş Sərvan İdris oğlu Kərimovun, Mətləb Əzizulla oğlu Mütəllimlinin, Abutalıb Qənbər oğlu Səmədovun, Fikrət Hüseyn oğlu Yusifovun, Yusif Qəzənfər oğlu Bağırzadənin, Arzuman Səid oğlu Abdulkərimovun, Yunus İsaxan oğlu Oğuzun və Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
Komissiya öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq olunanlardan səlahiyyətli nümayəndələr təqdim edənlərin müraciətlərinin təmin olunmasına qərar verib.
Xarici ölkə səfirliyinin və media qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.