-
- 11-11-2019, 18:01
- 890
MSK-da Bələdiyyə seçkiləri ilə bağlı İCLAS
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
News24.az xəbər verir ki, əvvəlcə Komissiyanın 7 noyabr 2019-cu ildə keçirilən iclasının protokolu təsdiq olunub. Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda, həmçinin cari məsələlərə baxılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.