-
- 27-12-2023, 11:16
- 234
Əli Əsədov yeni qərarlar imzaladı
“Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı” təsdiqlənib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
xxx
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nı təsdiq edib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydalar dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını müəyyən edir.
xxx
Nazirlər Kabineti nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.
News24.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması”, “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” və “Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması” təsdiq olunub.