Əli Əsədov YENİ QƏRAR İMZALADI
    • 20-11-2023, 16:39
    • 214

Əli Əsədov YENİ QƏRAR İMZALADI

Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Xarici İşlər Nazirliyi tərəfindən Prezidentin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edəcəklər. İndiyə qədər həmin bildirişi Prezidentin Protokol xidməti təqdim edirdi.