-
- 27-12-2023, 11:42
- 167
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - 2.8 milyon manat...
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
News24.az xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.
2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.
Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.