Ukrayna ELAN ETDİ - Cəbhədə vəziyyət AĞIRDIR
    • 27-12-2023, 14:53
    • 279

Ukrayna ELAN ETDİ - Cəbhədə vəziyyət AĞIRDIR

"Ukrayna Silahlı Qüvvələri (AFU) döyüş bölgəsində dörd istiqamətdə çətin vəziyyətdədir".

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski məlumat verib. 

Onun sözlərinə görə, Rusiya qoşunlarının intensiv hərəkətləri nəticəsində Ukrayna bölmələri Artemovski, Krasnolimanski, Kupyanski və Severski istiqamətlərində çətinliklərlə üzləşirlər.

Qeyd edək ki, bu, ukraynalı komandirin ilk belə bəyanatı deyil. O, ötən həftə Xarkov istiqamətində həm silah, həm də şəxsi heyət baxımından rus qoşunlarının üstünlüyünü qeyd edib. 

Qumral