Ərdoğan Benyamin Netanyahunu Hitlerə bənzədib
    • 27-12-2023, 17:43
    • 190

Ərdoğan Benyamin Netanyahunu Hitlerə bənzədib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Adolf Hitlerdən heç bir fərqi olmadığını deyib. İsrailin Qəzza zolağına hücumlarını nasistlərin yəhudi xalqına qarşı rəftarı ilə müqayisə edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ərdoğan Qərbi İsraili dəstəklədiyinə görə tənqid edib.

O əlavə edib ki, Türkiyə “Qəzza zolağındakı münaqişə ilə bağlı fikirlərinə görə təqiblərlə üzləşmiş” alimləri salamlamağa hazırdır.

Ayşən