"Netanyahunu silib atdıq" - Ərdoğan
    • 4-11-2023, 14:47
    • 191

"Netanyahunu silib atdıq" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahu ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb. 

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

Ərdoğan bildirib ki, Netanyahu ilə əlaqələrini kəssə də, ölkələr dialoqu davam etdirir.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, beynəlxalq diplomatiyada əlaqələri tamamilə pozmaq mümkün deyil və Türkiyə İsrail-Fələstin problemində yekun sülhün bərqərar olmasına çalışacaq. 

Ərdoğanın sözlərinə görə, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İsraillə olduğu kimi Fələstin və HƏMAS ilə də əlaqə saxlayır.

Qumral