"Bu, onun ən böyük səhvi idi" - Ərdoğandan Blinkenə SƏRT SÖZLƏR
    • 10-11-2023, 13:22
    • 189

"Bu, onun ən böyük səhvi idi" - Ərdoğandan Blinkenə SƏRT SÖZLƏR

“ABŞ dövlət katibi Entoni Blinkenin Tel-Əvivə gələrkən yəhudi mənşəli olması ilə bağlı açıqlaması Qəzza zolağındakı vəziyyət fonunda ən böyük səhvdir”.

News24.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən Daşkənddən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Niyə bütün dünya ABŞ-yə etiraz edir? Çünki ABŞ İsrailin Qəzza zolağında törətdiyi qırğına dəstək verməyə başladıqdan sonra hədəfə çevrilib. Cəmi üç gündə İstanbulda (Fələstinə dəstək mitinqi üçün) bir milyon yarım insan toplandı ki, bu da nəsə deyir. Deyəsən, deyirlər: “Səsimizi eşit, dünyaya səsimizlə danış”.

Ərdoğan qeyd edib ki, Blinken ən böyük səhvini etdi. 

“Mən bura (Təl-Əvivə) yəhudi kimi gəlmişəm deyərək Blinken ən böyük səhvi etdi”,-  Ərdoğan deyib.

Ayşən