Aygün Bəylərdən onu müalicə edən həkimlərə TƏŞƏKKÜR
    • 27-12-2023, 22:21
    • 452

Aygün Bəylərdən onu müalicə edən həkimlərə TƏŞƏKKÜR


Əməkdar artist Aygün Bəylər ötən gün Heydər Əliyev Sarayında konsert verib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, konsertdən yığılan vəsaitin “YAŞAT” fonduna ianə ediləcəyi bildirilib.

Konsert zamanı Əməkdar artist səhhətindəki problemlə bağlı ona dəstək olan bir çox şəxslərə, xüsusilə Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevə, həmçinin həkimi kimyaterapevt Anar Məmmədova təşəkkür edib. Məlumat üçün bildirək ki, Əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.