Uşağın məktəbdə narkotik çəkdiyini necə bilməli – Valideynlər nəyi görmür?
    • 28-12-2023, 10:12
    • 509

Uşağın məktəbdə narkotik çəkdiyini necə bilməli – Valideynlər nəyi görmür?

Son zamanlar məktəblilərə müxtəlif şirnikləndirici üsullarla narkotik təklifi halları artıb. Narkotacirlər məktəbliləri hədəf seçir. Oğlan uşaqları elə məktəb illərindən zərərli vərdişlərə qurşana bilər. Bəs valideynlər niyə heç nə hiss etmir və xəbər tutanda artıq iş işdən keçmiş olur?

News24.az “Medicina”ya istinadla xəbər verir ki, narkoloq-psixiatr Tatyana Boqdanova valideynlərə tövsiyələr verib. Uşaqları necə qoruyaq, əgər uşaq artıq narkotik istifadə edibsə nə etməli?

“Yeniyetmə və məktəblilər adətən özlərindən böyük uşaqların əhatəsinə düşdükdə, adətən kannabis, amfetamin, mefedron istifadə edirlər.

Yeniyetmələr bu işlərə maraq, əyləncə, yeni bir şey dadmaq, sınamaq və ümumiyyətlə, necə olur marağı ilə cəlb edilir.

Çox uşaqlara narkotik xoş gəlmir, özlərini pis hiss edir, təşviş, qorxu gəlir və həzz almadığı üçün elə ilk başdan tərk edir. Kimə ki, yaxşı təsir edir, o asılı olur. Əvvəlcə qonaqlıq, məktəb gecələri, tədbirləri və ya ayda, 3 ayda bir, bazar günləri çəkirlər. Sonra isə bu onlara az gəlir və günlərin sayını artırırlar.

Ailədə heç kim, hətta müəllim, ata və yaxın dostlar da uşağın nəsə çəkdiyini hiss etmir, ilk başda o çox normal görünür.

Pulu isə əvvəl cibxərcliyindən götürür, sonra bir bəhanə ilə evdən pul alır, daha sonra əşyalarını satır, sonra dostlarından alırlar.

Məktəb və imtahan stresini atmaq üçün də yuxarı sinif uşaqlarının tövsiyəsi ilə narkotik dadanlar olur.

Onlara deyilir ki, o vaxt valideynlərimiz də çəkib, sonra istəməzsən atarsan. Bu heroin, marixuana deyil.

Uşaqlar həqiqətən narkotik maddələrin müxtəlifliyi, təsiri və nəticələri barədə məlumatsız olur. Çəkdikdən sonra isə heç kimə bunu deyə bilmirlər.

Narkotik və içki asılılığına daha çox qanında, orqanizmində razılıq və xoşbəxtlik hormonları olan dofamin və serotonin az olan uşaqlar məruz qalır.

İçki, qumar, oyunlar və narkotik – dofamini artırır və bir dəfə bu sevinci yaşayan, bir daha ondan əl çəkə bilmir.

Sonra yeniyetmə artıq dofamini almaq üçün heç bir şey istəmir, heç nəyə marağı da olmur və həzzin asan yolunu tapır.

Hər valideyn elə bilir ki, onun uşağı təmizdir, ağıllıdır, sakitdir və heç nə etməz. Təəssüf ki, bu vərdişlərə sakit və təmiz uşaqlar da qurşana bilir.

Statistika göstərib ki, çox vaxt uğursuz, çətin ailələrdə böyüyən, evdə çox tək qalan, nənə-baba yanında böyüyən və ya valideynlərinin hipernəzarəti, ciddi tələbi altında yaşayan uşaqlar qurban olur.

Ata-ananın hər addımını güddüyü və uşağın əvəzinə hər şeyi özlərinin həll etdiyi uşaqlar başqalarının təsiri altına düşür, onun əvəzinə dostu, yoldaşı qərar verir”.