Azərbaycanda 50 nəfər narkotikdən ZƏHƏRLƏNDİ
    • 5-05-2020, 17:16
    • 964

Azərbaycanda 50 nəfər narkotikdən ZƏHƏRLƏNDİ

İl ərzində Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə narkotik vasitələrdən zəhərlənmə ilə ağır vəziyyətdə 40-50 xəstə daxil olur. 

Bu barədə News24.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi, Baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, bu cür xəstələr çox zaman şöbəyə koma vəziyyətində gətirilirlər: “Narkotik vasitələrdən zəhərlənmə çox böyük bəladır. Ən ağrılısı odur ki, istifadəçilərin böyük əksəriyyəti  cavan yaşlarından narkotik aludəçiləridir. Təəssüflər olsun ki, məktəb yaşlarında olanlar, həm də cavanlar arasında narkotikə maraq var. Getdikcə də qəbul olunan narkotik vasitələrin növü dəyişir. Onlar dərmanı vena daxilinə qəbul edirlər. Bu cür xəstələrlə əsasən Respublika Narkoloji Dispanseri məşğul olur. Bizə isə onlar ilk tibbi yardım üçün təcili yardımla huşsuz vəziyyətdə gətirilir, biz onları həyata qaytarırıq. Bundan sonra isə həkim psixiatr onlarla davamlı şəkildə, bir neçə ay məşğul olur”.  

Baş toksikoloq onu da bildirib ki, ümumilikdə narkotikadan zəhərlənən xəstələrin sayı çox olsa da, onlardan il ərzində 1 və ya iki nəfər vəfat edir”.

Afaq Mirayiq