Azərbaycanda güclü zəlzələlər baş verəcək? - 2024-cü ilin yaz-yay ayları...
    • 28-12-2023, 10:48
    • 701

Azərbaycanda güclü zəlzələlər baş verəcək? - 2024-cü ilin yaz-yay ayları...

“Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir”.

News24.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər:

“12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim. Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də aktuallığını saxlayır”.

Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb:

“Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz-yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.