Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – RƏSMİ
    • 26-11-2018, 15:35
    • 1 054

Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – RƏSMİ

İranda ötən gün baş verən 6,4 bal gücündə zəlzələ analoji təbii fəlakətin Azərbaycanda da təkrarlanma ehtimalını aktuallaşdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Baş direktorunun elmi məsələlər üzrə müavini Azay Rzayev açıqlamasında ölkədəki seysmoloji durumu belə dəyərləndirib:

“Azərbaycanda hər il 5-7 min civarında yeraltı təkanlar qeydə alınır. Laikn bu təkanlar o qədər zəif olur ki, bəzi ərazilərdə hətta hiss olunmurlar.

Azərbaycanda zəlzələnin nə zaman baş verəcəyi və neçə bal olacağını proqnozlaşdırmaq imkanımız yoxdur.

Yeraltı gərginliklər hər zaman ola bilər. Lakin ilin sonuna qədər güclü zəlzələlərin olacağı gözlənilmir.

Hazırda Bakı və Abşeron yarımadası üçün 8 ballıq seysmoloji göstərici fon səviyyədir”.

//Yenicag.az