-
- 28-12-2023, 15:02
- 236
"Ermənistan təkliflərimizin 90 faizini qəbul edib”
“Alen Simonyanın son açıqlaması o deməkdir ki, Ermənistan təkliflərimizin 90 faizini qəbul edib”.
Bunu News24.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O vurğulayıb ki, tərəflər arasında razılaşdırılmayan məsələlərdən biri ikitərəfli birgə komissiyanın yaradılması ilə bağlıdır:
“Ermənistanla Azərbaycan arasında çox az sayda mübahisəli məsələ qalıb. Onlardan biri də ikitərəfli komissiya mexanizminin işə düşməsidir. Bu yaxınlarda Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, hər iki ölkə razılaşmaya çox yaxındır. Onun bu açıqlaması deməyə əsas verir ki, Azərbaycanın təkliflərinin 90 faizi Ermənistan tərəfindən qəbul olunub. Lakin razılaşdırılmayan bir sıra məsələlər hələ də var. Düzdür, tarixə baxsaq görərik ki, Ermənistanda bu gün verilən açıqlamalar sabah təkzib olunur və ya tamam fərqli bəyanatlar verilir. Amma Alen Simonyanın belə bir çıxış etməsi ümid verir ki, yaxın zamanlarda razılaşma əldə olunacaq”.
Fərid Azəri