-
- 28-12-2023, 16:59
- 334
İsrail itkilər verir
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha üç əsgərin öldüyünü təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti (İsrail Müdafiə Qüvvələri - İDF) məlumat yayıb.
Bununla da, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri öldürülən İsrail hərbçilərinin ümumi sayı 501-ə çatıb.
Xatırladaq ki, İsrail ordusunun “Dəmir qılınclar” əməliyyatı HƏMAS-ın işğalına cavab olaraq oktyabrın 7-də elan edilmişdi və bu əməliyyat zamanı 1200-ə yaxın israilli öldürülmüş, daha 242 israilli isə girov götürülmüşdü. Ertəsi gün İsrailin Əsas Qanununun bəndi qüvvəyə minib, İsraildə rəsmən hərbi vəziyyət elan edilib. Döyüşlər 83-cü gündür ki, davam edir.
Aynurə