Qəzzada İsrail ordusunun daha 8 hərbçisi ölüb
    • 24-12-2023, 10:07
    • 183

Qəzzada İsrail ordusunun daha 8 hərbçisi ölüb


Qəzza zolağında quru əməliyyatı zamanı İsrail ordusunun daha 8 əsgəri ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bununla da İsrail ordusunun Qəzzada quru əməliyyatlarında ölən hərbçilərinin sayı 152-yə çatıb.

Ümumilikdə, oktyabrın 7-dən bəri İsrail ordusu HAMAS-la müharibə zamanı 485 əsgər və zabitini itirib.