Yeni müharibə anonsu: Qarşıdakı 10 ildə..
    • 29-12-2023, 11:51
    • 147

Yeni müharibə anonsu: Qarşıdakı 10 ildə..

Çin təxminən qarşıdakı 10 il ərzində ABŞ ilə potensial müharibəyə hazır olmayacaq.

News24.az xəbər verir ki, bunu NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, admiral Ceyms Stavridis deyib.

Cənubi Çin dənizindəki ərazi mübahisələri nəticəsində yaranan gərginliyin yeni dünya müharibəsinə çevrilə biləcəyi ilə bağlı suala cavab olaraq admiral ABŞ və regional müttəfiqlərinin Çinlə mümkün müharibəyə hazırlaşmaq üçün 10 illik güzəşt müddəti olduğunu bildirib.

“Çin nəhəng donanma qursa da, aqressiv davransa da, hələ hazır deyil. Çinlə müharibə olsa, tərəflər təkcə ABŞ və Çin olmayacaq. Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya, Yeni Zelandiya kimi iştirak etməyə söz vermiş müqavilə üzrə müttəfiqlərimiz var”, - Stavridis vurğulayıb.

Admiral bunun çoxtərəfli savaş olacağını iddia edir:

Çin, mənim təxminlərimə görə, təxminən 10 il ərzində ABŞ ilə qarşılaşmağa tam hazır olmayacaq”.

Ayşən