Blinken: “Hədəfimiz Çinlə soyuq müharibə deyil”
    • 12-04-2023, 10:02
    • 150

Blinken: “Hədəfimiz Çinlə soyuq müharibə deyil”

ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Çinlə münasibətləri ilə bağlı yeni açıqlamalar verib. Blinkenin sözlərinə görə, ABŞ-nin məqsədi soyuq müharibə deyil, sülh, sabitlik və təhlükəsizlikdir.

News24.az xəbər verir ki, o, bu fikirləri “ABŞ-Filippin 2+2 Nazirlər İclası”ndan sonra ABŞ-ın müdafiə naziri Lloyd Austin, Filippin xarici işlər naziri Enrike Manalo və müdafiə naziri Carlito Galvez ilə birgə mətbuat konfransında deyib.

İclasda nazirlərə Amerika qoşunlarının yeni bazalara yerləşdirilməsinin Çinlə müharibədə Tayvana necə təsir edəcəyi soruşulub.

Austin Çinlə mümkün müharibə məsələsinə toxunmasa da, bazaların iki ölkənin uzunmüddətli qarşılıqlı fəaliyyətinə əhəmiyyətli töhfə verəcəyini deyib.
Nazir Manalo bildirib ki, yeni təyin edilmiş 4 bazanın qarşılıqlı fəaliyyət, potensial humanitar və iqlim fəlakətlərinə cavab vermək üçün istifadə edilməsi nəzərdə tutulur.