Qvardioladan böyük ÜSTÜNLÜK
    • 29-12-2023, 21:00
    • 224

Qvardioladan böyük ÜSTÜNLÜK

Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, İFFHS ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələri ilə ən yaxşıları  müəyyənləşdirib.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola böyük üstünlüklə ilin məşqçisi seçilib. Bu il onun yetirmələri İngiltərə Premyer Liqasını və ölkə kubokunu, Çempionlar Liqasını, klublararası dünya çempionatını qazanıb. İkinci yeri “Real”ın çalışdırıcısı Karlo Ançelotti tutub. “Napoli”ni İtaliya A seriyasında çempion etdikdən sonra postunu tərk edən Luçano Spalletti üçüncü olub.

1. Pep Qvardiola (“Mançester Siti”) - 281

2. Karlo Ançelotti (“Real”) - 56

3. Luçano Spalletti (“Napoli”) - 53

4. Simone İnzaqi (“İnter”) - 51

5. Fernando Diniz (“Fluminense”) - 33

6. Mikel Arteta (“Arsenal”) - 30

7. Xavi (“Barselona”) - 26

8. Ange Postekoğlu (“Tottenhem”) - 12

9. Unai Emeri (“Aston Villa”) - 8

10. Yurgen Klopp (“Liverpul”) – 6